Logo

VIII “Muğam” Televiziya Müsabiqəsi uğurla davam edir

01.06.2022 17:45 426 baxış
IMG

Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Azərbaycan Dövlət Televiziyasının təşkilatçılığı ilə VIII “Muğam” Televiziya Müsabiqəsi uğurla davam edir.

Tehsil.biz xəbər verir ki, UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilmiş milli sərvətimiz olan muğam Azərbaycan xalq musiqisinin əsasını təşkil edir.

Heydər Əliyev Fondunun dəstəyi ilə ilk “Muğam” Televiziya Müsabiqəsi 2005-ci ildə keçirilib və dahi bəstəkar Üzeyir Hacıbəylinin 120 illiyinə həsr edilib.

Bu il keçirilən müsabiqəyə ölkənin dörd bir yanından qatılan 300-dən çox namizəd arasından 18 finalçı seçilib.

Münsiflərə görkəmli xanəndəmiz, Xalq artisti Arif Babayev, Xalq artistləri Səkinə İsmayılova, Mələkxanım Eyyubova, Sərdar Fərəcov, Mənsum İbrahimov, Nəzakət Teymurova, Teyyub Aslanov, Əməkdar mədəniyyət işçisi İlqar Fəhmi və Əməkdar artist Fərqanə Qasımova daxildir.

Hər həftə Beynəlxalq Muğam Mərkəzində keçirilən müsabiqənin növbəti konsertlərinin ölkənin digər şəhər və rayonlarında da keçirilməsi planlaşdırılıb.

Ölkənin mədəni həyatında öz dəsti-xətti olan müsabiqə, yerli və xarici dinləyicilər tərəfindən böyük sevgi və rəğbətlə qarşılanır.

Xəbər lenti