Dövlət İmtahan Mərkəzi ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına mayın 29-da keçirilmiş qəbul imtahanının (II cəhd) nəticələrini elan edib.
Modern.az-ın əldə etdiyi məlumata görə, imtahanda ən yüksək bal toplayan bakalavr Tamerlan Abdullayevdir.
Xəzər Universitetinin məzunu olan Tamerlan Abdullayev 99 balla ölkə birincisi olub.
İmtahandan sonra təəssüratlarını Modern.az-a bölüşən rekordçu hədəflərinin böyük olduğunu deyib. O xaricdə doktorantura təhsilinə də qəbul alıb:
"Bakalavrda ixtisasım kompüter mühəndisliyidir və bu istiqamətdə davam edəcəyəm. Hələlik universitet seçimi etməmişəm. Hazırda ABŞ-da Sinsinnati Universitetindən doktorantura təhsili üçün tam təqaüdlə qəbul almışam. Dəqiq bilmirəm ki, burada davam edim, yoxsa ABŞ-a gedim. Amma qiyabi oxumaq fikrim də var. Hələlik qərar verməmişəm".
T. Abdullayev imtahana hazırlaşanlara məsləhətlərini də çatdırıb:
"Əgər böyük hədəfləri yoxdursa, yetərli balı yığmaları kifayətdir. Mənim hədəfim böyük idi, ona görə ciddi hazırlaşdım. Amma çox oxumaq yox, keyfiyyətli oxumaq lazımdır".