Logo

"İdman menecmenti” magistrantların Böyük Britaniyaya səfəri davam edir - FOTOLAR

01.06.2022 23:03 439 baxış
IMG

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ASAPES) magistrantları Böyük Britaniyaya səfər çərçivəsində beynəlxalq təcrübəni öyrənmək, yeni tədqiqatlarla tanış olmaq, peşəkar şəbəkəni qurmaq məqsədilə Lafboro Universitetində olaraq kampus turda iştirak ediblər.

Tehsil.biz xəbər verir ki, onlar ali təhsil ocağının futbol, voleybol, basketbol, atletika, badminton, kriket, bədii gimnastika və tennis idman növləri üzrə meydança və zalları, həmçinin üzgüçülük hovuzu, fitnes və trenajor otaqları ilə tanış olublar.

Bundan əlavə magistrantlar İdman Texnologiya İnstitutuna da gedərək bir sıra seminarlara qatılıblar.

Xəbər lenti