AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun fondundakı daşbasma və əski çap kitablarının elektron kataloqu beta (sınaq) versiyada müəssisənin elektron məlumat bazasına inteqrasiya olunub və istifadəçilərin ixtiyarına verilib.
Bu barədə institutdan bildirilib.
İnstituta məxsus “Arxivarius” adlı proqram təminatı əsasında çalışan elektron kataloq ilin sonunadək təkmilləşdiriləcək və bibliotəsvirlərlə tamamlanacaq. Hazırda elektron kataloqda türk, ərəb, fars, rus və digər dillərdə 1165 əski çap kitabının biblioqrafik məlumatları üzrə çoxparametrli axtarış aparmaq mümkündür. Kataloqun yenilənməsi həftəlik rejimdə həyata keçiriləcək.
Əski çap kitablarının elektron kataloqu ilə maraqlananlar linkdən istifadə edə bilərlər.