Logo

AzMİU-da yaz semestrinin imtahan sessiyasına start verilib

02.06.2022 12:46 315 baxış
IMG

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) 2021/2022-ci tədris ilinin yaz semestrinin imtahan sessiyasına (əyani formada) start verilib.

Tehsil.biz xəbər verir ki, imtahan sessiyası iyulun 2-də yekunlaşacaq.

Bu gün bakalavr səviyyəsində 14 qrupda 316 tələbə yazılı, 51 qrupda isə 1217 tələbə test üsulu ilə imtahan verir.

Yazılı imtahan işlərinin şifrələnməsi, işlərin qiymətləndirilməsi üçün ekspertlərə təqdim olunması, yoxlama prosesinə nəzarət, şifrələrin açılması, universitetin elektron səhifəsinə daxil edilməsi işləri üzrə rektorun əmri ilə müəllim və əməkdaşlardan ibarət işçi qrupu formalaşdırılıb. Eyni zamanda, imtahanların idarə olunması üçün gənc müəllimlərdən və tədris-köməkçi heyətdən ibarət nəzarət qrupu yaradılıb. Universitetdə imtahan sessiyasının mövcud qaydalara uyğun təşkili, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığın və obyektivliyin təmin olunması istiqamətində bütün tədbirlər görülüb. Universitetdə sessiyanın gedişinə nəzarət edilməsi məqsədilə İmtahan Qərargahı, imtahanların qiymətləndirilməsində yaranan şikayətlərin baxılması üçün isə rektorluq yanında Apellyasiya Komissiyası yaradılıb. Bundan başqa, bütün tədris binalarında müraciət və təkliflər qutuları asılıb.

Test imtahanın nəticələri həmin gün, yazılı imtahanın nəticələri isə ertəsi gün universitetin elektron məlumat sisteminə yerləşdiriləcək.

İmtahanların gedişi AzMİU-nun rektoru professor Gülçöhrə Məmmədova, prorektorlar, dekanlar və kafedra müdirləri tərəfindən izlənilir.

Xəbər lenti