Logo

FHN Akademiyasının kursantı 3-cü yerə layiq görülüb

02.06.2022 14:03 316 baxış
IMG

20-22 may 2022-ci il tarixlərində “Sərhədçi” Olimpiya İdman Mərkəzində kikboksinq üzrə kişilər və qadınlar arasında XXVI Azərbaycan çempionatı keçirilib.

Tehsil.biz xəbər verir ki, çempionatda Fövqəladə Hallar Nazirliyi Akademiyasının “Yanğın təhülkəsizliyi” fakültəsinin III kurs kursantı İlqar Zeynallı da öz gücünü sınayıb.

81 kq çəki dərəcəsində “lou kik” növü üzrə mübarizə aparan İlqar Zeynallı 3-cü yerə layiq görülüb.

Qalib idmançı ilə görüşən FHN Akademiyasının rəisi general-mayor Baba Salayev idmançı kursanta təbriklərini çatdırıb, ona gələcək yarışlarda uğurlar arzulayıb.

Xəbər lenti