Bakı Dövlət Universitetinin (BDU) Tarix fakültəsinin Qafqaz xalqları tarixi kafedrasının müdiri, professor İradə Hüseynovanın “Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin inkişafında rolu” mövzusunda ustad dərsi keçirilib.
Tehsil.biz xəbər verir ki, professor İradə Hüseynova Ümummilli lider Hеydər Əliyеvin bаcаrıqlı dövlət bаşçısı, təcrübəli siyаsətçi, dövlətçiliyimizi möhkəmləndirən və inkişаf еtdirən qüdrətli şəхsiyyət olduğunu, onun respublikamıza rəhbərlik illərinin Аzərbаycаn tаriхində mühüm mərhələ təşkil еtdiyini diqqətə çatdırıb.
Ustad dərsində Ulu öndərin siyasi fəaliyyətinin müxtəlif mərhələlərinə toxunulub. Məruzəçi qeyd edib ki, 1969-cu il iyulun 14-də Аzərbаycаndа siyаsi rəhbərliyə gələn Ulu öndər keçmiş SSRİ-nin хаmmаl mənbəyinə çеvrilmiş rеspublikаmızın yеni inkişаf strаtеgiyаsını hаzırlаyıb, qısа müddətdə həyаtа kеçirdi. Bunun nəticəsində əvvəllər bütün əsаs göstəricilər üzrə ölkə miqyаsındаn gеri qаlаn Аzərbаycаn tеzliklə İttifаqın ən inkişаf еtmiş rеspublikаlаrındаn birinə çеvrildi.
Məruzədə qeyd olunub ki, dahi şəxsiyyət Heydər Əliyevin siyasi fəaliyyətinin Moskva dövrü bir daha onun yüksək peşəkarlığını, təşkilatçılıq qabiliyyətini, geniş və masştablı təfəkkürə malik olduğunu göstərdi. SSRİ Nazirlər Soveti sədrinin birinci müavini kimi o, 10-dan çox nazirliyin və bir neçə komitənin işinə rəhbərlik edirdi. Heydər Əliyev bütün SSRİ üzrə geriliyi aradan qaldırılmaqla nəinki İttifaqda, bütün dünyada tanındı. Ümummilli lider SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində çalışarkən Azərbaycanın vəziyyəti ilə hər zaman maraqlanır, ölkə iqtisadiyyatının, elminin, təhsilinin inkişafına xüsusi qayğı və diqqət yetirirdi. 1990-cı ilin 20 Yanvar faciəsindən sonra o, ilk şəxs idi ki, sovet rəhbərliyinin addımını pislədi. Qanlı Yanvar faciəsini törədənləri ittiham etdi, Kommunist Partiyasının sıralarını tərk etdi.
İradə Hüseynova vurğulayıb ki, Heydər Əliyevin siyasi və dövlətçilik fəaliyyətinin Naxçıvan dövrü də (1990-1993) xüsusi səciyyə daşıyır. Belə ki, Heydər Əliyev Naxçıvan Ali Məclisinin istər sıravi deputatı, sonradan isə sədri olduğu zaman Azərbaycan dövlətçiliyi üçün böyük tarixi əhəmiyyət kəsb edən qərarlar qəbul edildi. Milli dövlətçilik təsisatlarının təşəkkül tapması məhz o dövrə təsadüf edir. Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağının Naxçıvan diyarında dalğalanması; 31 dekabrın Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan edilməsi; Naxçıvanın çətin mühasirə şəraitində hərtərəfli inkişafının təmin edilməsi böyük iradə sahibi, qüdrətli tarixi şəxsiyyət Heydər Əliyevə məxsus idi.
1993-cü il iyunun əvvəllərində ölkədə siyasi və iqtisadi böhranın hökm sürdüyü, Azərbaycan dövlətçiliyinin itirilmə təhlükəsi yaşandığı anda Vətənimizin böyük və qəhrəman oğlu xalqın təkidi və çağırışı ilə yenidən böyük siyasətə qayıtdı. Onun böyük siyasətə qayıdışı ölkədə cərəyan edən bütün təhlükəli proseslərin qarşısını aldı. Ulu öndərin qətiyyəti, mükəmməl idarəçilik qabiliyyəti sayəsində dövlət müstəqilliyini bərpa etmiş Azərbaycan keçid dövrünün çətinliklərini uğurla arxada qoyaraq dirçəliş mərhələsinə daxil oldu, ölkə iqtisadiyyatı, ordu quruculuğu, elm, təhsil, səhiyyə sahələri inkişaf etdi, xalqın rifahı yaxşılaşdı.
Ustad dərsində qeyd olunub ki, dahi şəxsiyyət Heydər Əliyevin əsasını qoyduğu, milli maraqlara söykənən dövlətçilik siyasəti Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Müqəddəs ata vəsiyyətini yerinə yetirən Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan ordusu 44 günlük Vətən müharibəsində şanlı Zəfərə imza atıb, işğal altında olan torpaqlarımızı azad edərək, üçrəngli bayrağımızı ucaldıb.