ARTİ müəllimlərin sertifikasiyası imtahanlarının qiymətləndirmə çərçivəsini izah edən vebinarları davam etdirir.
Tehsil.biz xəbər verir ki, növbəti vebinar 3 iyun tarixində saat 17:00-da kimya fənni üzrə “Qeyri–üzvi kimyadan müxtəlif növ tapşırıqların izahı” mövzusunda keçiriləcək.
Vebinarın məqsədi müxtəlif növ məsələ və tapşırıqların həllində nəzəri biliklərin tətbiq edilməsidir.
Vebinarda spiker qismində Bakı Mühəndislik Universitetinin Kimya-biologiya kafedrasının baş müəllimi Pünhan Camalov çıxış edəcək.
Qeyd edək ki, vebinar ARTİ-nin Facebook səhifəsi üzərindən canlı yayımlanacaq.