Logo

Təhsil naziri: "Türkiyədə 26 mindən çox azərbaycanlı tələbə təhsil alır"

02.06.2022 21:55 396 baxış
IMG

"Türkiyə və Azərbaycan arasında təhsil sahəsində əlaqələr güclü inkişaf edir".

Tehsil.biz xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev ADA Universitetində keçirilən 7-ci Beynəlxalq Sosial Elmlər Konqresində bildirib.

Nazirin sözlərinə görə, Türkiyə Azərbaycan tələbələrinin üz tutduğu ölkədir:

"Türkiyədə təhsil alan azərbaycanlıların sayı günü-gündən artır. Biz həmçinin Türkiyə Təhsil Nazirliyi ilə birgə layihələr həyata keçiririk. Dövlət proqramı çərçivəsində tələbələr iki ölkədə təhsil ala biləcəklər. Bu il yenidən Türkiyə tələbələrini ölkəmizdəki universitetlərdə qarşılaya biləcəyik".

E.Əmrullayev qeyd edib ki, 26 mindən çox azərbaycanlı tələbə Türkiyədə təhsil alır.

Xəbər lenti