Logo

LDU-da Elmi şura imtahan sessiyasına hazırlığın vəziyyətini müzakirə edib

11.01.2021 11:25 733 baxış
IMG

Lənkəran Dövlət Universitetində (LDU)  Elmi şura yeni ildə ilk iclasını keçirib. Elmi şuranın sədri, universitetin rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov ilk öncə ötən 2020-ci ildə ölkədə baş verən ən əlamətdar hadisələrin qısa xülasəsini verib, Azərbaycan ordusunun zəfər yürüşündən danışıb, eyni zamanda, Lənkəran Dövlət Universiteti əməkdaşlarının, məzun və tələbələrin  Vətən müharibəsində  iştirakından söz açıb.

 

Erməni qəsbkarları ilə haqq savaşında canından keçən şəhidlərin xatirəsi ehtiramla yad edilib.

 

Elmi şurada müzakirəyə çıxarılan əsas məsələlərdən biri “Payız semestrində tədris prosesinin yekunları, imtahan sessiyasına hazırlığın vəziyyəti barədə” Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor vəzifəsini icra edən dosent İdrak Əsgərov məlumat verib. Bildirib ki,  dərslər təsdiq edilmiş vahid cədvəl üzrə Teams proqramı vasitəsi ilə həyata keçirilib, Teamslə paralel itifadə edilən elektron jurnallar  hazırlanıb, hər tələbə keçdiyi fənn üzrə aldığı qiymətləri şəxsi kabinetindən görə bilir. Bütün fənlər üzrə kollekviumlar dekabrın 15-dən 25-dək keçirilib. Eyni zamanda kollekviumlarda üzürlü səbəbdən iştirak edə bilməyən tələbələr üçün də təkrar kollekviumlar təşkil edilmişdir. Döyüş bölgəsində yaşayan tələbələrə  7 dekabr tarixindən iki həftə ərzində intensiv dərslər təşkil edilir, onların kollekvium və imtahanlarda iştirakı üçün fevral ayının 6-dək  şərait yaradılacaqdır.

 

Bütün imtahanlar 11 yanvar 2021-ci il tarixndə başlayıb 1 fevral 2021-ci il tarixində yekunlaşacaqdır. Payız semestrinin imtahan sessiyasının mövcüd əsasnamələrin tələblərinə uyğun olaraq keçirilməsi məqsədi ilə 16 dekabr 2020-ci il tarixli əmr əsasında Operativ qərargah və Apeliyasiya komisiyası yaradılmışdır. İmtahan dövründə qiymətindən narazı olan tələbələrin appeliyasiya komissiyasına elektron müraciəti üçün elektron unvan yaradılmış, imtahanların tarixləri dekanlıqlar tərəfindən tələbələrə artıq çatdırılmışdır. Eyni zamanda imtahan cədvəlləri hər bir tələbənin şəxsi kobinetində də yerləşdirilir.

 

İdrak Əsgərov bildirib ki, bu imtahan sessiyasında da tələbələrin bəzi seçmə fənlərdən azad edilməsi haqqında dekanlıqlara və İKT mərkəzinə tapşırıqlar verilmişdir. Belə ki, həmin fənlər üzrə tələbələrin qiymətləndirilməsi tələbənin imtahana qədər topladığı balın iki misli ilə təyin olunacaqdır. Nəzərdə tutulan seçmə fənlər üzrə qiymətləndirmədən narazı olan tələbələr üçün növbəti semestrə qədər imtahan da təşkil ediləcəkdir və bu barədə  dekanlıqlar tələbələri məlumatlandırmalıdırlar.

 

Müzakirəyə çıxarılan ikinci məsələ “Universitetdə beynəlxalq əməkdaşlıq sahəsində görülmüş işlərin illik hesabatı” olub. Bu barədə hesabatı Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri  dosent Zaur Məmmədov təqdim edib. Bildirib ki, Covid-19 pandemiyasının yaratdığı çətinliklərə baxmayaraq  beynəlxalq əməkdaşlıq sahəsində işlər davam etdirilib, Çexiyanın Mendel, Xarkov Milli Radioelektronika və Türkiyənin bir neçə universitetləri ilə əməkdaşlıq müqavilələri imzalanmışdır və bu iş davam etdirilir.

 

Universitetin Elmi katibi Allahşükür Quliyev Elmi və Tədris metodiki şurasında baxılan işlərin müsakirəsinin yekunları ilə şura üzvlərini  tanış edib.

 

Elmi şurada Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fonduna (“YAŞAT Fondu) vəsaitin köçürülməsi ilə bağlı baş mühasib Rəşad Rzazadənin irəli sürdüyü  təklif şura üzvləri tərəfindən yekdilliklə  bəyənilib və fonda  vəsaitin köçürülməsi qərara alınıb.

 

Şura iclasında digər cari məsələlərə də baxılıb və müzakirəyə çıxarılan məsələr ətrafında geniş diskussiya keçirilib, təklif və rəylər dinlənilməklə qərarlar qəbul edilib.

Xəbər lenti