Logo

"COVİD-19 pandemiyasının cəmiyyətdə yaratdığı psixoloji reaksiyalar” adlı vebinar keçiriləcək

11.01.2021 12:06 566 baxış
IMG

Qərbi Kaspi Universitetində "COVİD-19 pandemiyasının cəmiyyətdə yaratdığı psixoloji reaksiyalar” adlı vebinar keçiriləcək.

 

Tehsil.biz xəbər verir ki, “Pedaqogika və Psixologiya” kafedrasının müəllimi Dilbər Bəhmənlinin aparacağı vebinar 12 Yanvar 2021-ci il tarixdə saat 12:00-da başlayacaq.

 

Vebinarda ekstremal şəraitlərdə insanların emosional vəziyyəti, Covid-19-un insanlarda yaratdığı psixoloji reaksiyalar, insanların Covid-19-a münasibəti, stress və adaptasiya məsələləri, psixoloji debrifinq, relaksasiya, öz-özünü inandırma, iradi özünü tənzimləmə, meditasiya, kinesiologiya və s. metodlar vasitəsilə bu reaksiyaların tənzimlənməsi məsələlərindən bəhs ediləcək.

Xəbər lenti