“Bakalavr səviyyəsi üzrə xaricdə təhsil dövlət proqramından beynəlxalq olimpiada qaliblərinin yararlanmasına üstünlük veriləcək".
Tehsil.biz xəbər verir ki, bunu Təhsil Nazirliyinin Xaricdə təhsil və əcnəbi tələbələrlə iş sektorunun müdiri Müjdət Həsənov “Təhsil masası”nda deyib.
Onun sözlərinə görə, bu da Nazirlər Kabinetinin təsdiqlədiyi xüsusi siyahı ilə müəyyənləşəcək.
"Onlar müsahibədənkənar təhsil almaq hüququ əldə edəcəklər", - şöbə müdiri bildirib.