“Xaricdə təhsillə bağlı dövlət proqramına qəbulun 20 %-nin bakalavr, 80 %-nin isə magistratura səviyyəsi üzrə olması nəzərdə tutulub”.
Tehsil.biz xəbər verir ki, bunu 2019-2023-cü illər üzrə Dövlət Proqramı İdarəetmə Qrupunun rəhbəri Turan Topalova “Təhsil masası”nda deyib.
Onun sözlərinə görə, eyni bal toplayanların seçimi yüksək texnologiyalar istiqaməti üzrə nəticələrinə əsasən aparılacaq.