“Yüksəliş” müsabiqəsinin qaliblərinə “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı”nda iştirakla bağlı imtiyaz yaradılıb”.
Tehsil.biz xəbər verir ki, bunu Təhsil Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Tural Əhmədov “Təhsil masası”nda bildirib.
O qeyd edib ki, müsabiqə qalibləri dövlət proqramı ilə xaricdə magistr təhsili ala bilərlər:
“Onlar müsahibədən azad olunacaq və qəbul sənədini, dil sertifikatını təqdim etməklə birbaşa proqrama qəbul hüququ əldə edə bilərlər”.