Logo

281 nömrəli tam orta məktəbdə Milli qəhrəmanlar və şəhidlər anılıb

11.01.2021 12:39 65 baxış
IMG

Suraxanı rayon Vaqif Mirzəliyev adına 281 nömrəli tam orta məktəbin şagird, pedaqoji kollektivinin və məktəb rəhbərliyinin iştirakı ilə Şəhid Elgün Mikayıllı və Azərbaycanın Milli Qəhramanı Elşad Hüseynova həsr olunmuş Vətənpərvərlik mövzusunda tədbir “keçirilib.

 

Tədbir “Şəhidləri Anırıq” adlı Teams platformasında online keçirilib. Tədbirdə ilk öncə Azərbaycanın Dövlət Himni səsləndirilib və Şəhidlərimizin ruhu 1 dəqiqəlik sükutla yad olunaraq başlayıb. Tədbirə Lənkəran şəhər 10 nömrəli tam orta məktəb, Xəzər rayonu R. Baxışov adına 218 nömrəli məktəb və şəhid Elgün Mikayıllının atası Aqil Mikayıllı dəvət olunmuşdu. Qonaqlarımız arasında 1 ci və 2 ci Qarabağ döyüşünün iştirakçıları var idi.

 

Şagirdlərimiz Şəhidlər mövzusunda şeirlər söylədilər və dəvət olunan qonaqlardan döyüş iştirakçıları olmuş Qəhrəmanlarımız Şəhidlərin döyüş yollarından və özlərinin göstərdiyi qəhramanlığlardan danışdılar.

 

Allah şəhidlərimizə rəhmət eləsin.

 

Şəhidlərin ruhu qarşısında baş əyirik…

Xəbər lenti