Logo

AzTU ilə Türkiyənin Bartın Universiteti əməkdaşlığa başlayıb

03.06.2022 22:47 361 baxış
IMG

Azərbaycan Texniki Universiteti (AzTU) Türkiyənin aparıcı universitetləri ilə əməkdaşlığı genişləndirir.

Tehsil.biz xəbər verir ki, əməkdaşlıq çərçivəsində AzTU ilə Türkiyənin Bartın Universiteti arasında “Erasmus+” və “Mövlanə” mübadilə proqramları üzrə müqavilə, həmçinin qarşılıqlı əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb.

Sənədləri AzTU-nun rektoru Vilayət Vəliyev və Bartın Universitetinin rektoru Orxan Uzun imzalayıblar.

Daha sonra hər iki rektor universitetlər arasında digər istiqamətlərdə əməkdaşlıq imkanlarını müzakirə ediblər.

Xəbər lenti