Logo

Türkiyənin Sakarya Universitetinin nümayəndə heyəti UNEC-də olub

04.06.2022 12:24 299 baxış
IMG

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Türkiyənin Sakarya Universitetinin nümayəndə heyəti ilə görüş olub.

Tehsil.biz xəbər verir ki, görüşdə UNEC-in rektoru professor Ədalət Muradov qonaqlara rəhbərlik etdiyi ali məktəbin tarixindən, beynəlxalq əlaqələrindən, o cümlədən Türkiyə universitetləri ilə əməkdaşlıq münasibətlərindən danışıb. Həmçinin universitetdəki yeniliklər, tədris prosesi, qəbul statistikası barədə məlumat verib.

Sakarya Universitetinin rektoru professor Fatih Savaşan təmsil etdiyi ali təhsil müəssisəsi barədə danışıb, UNEC ilə əməkdaşlıq əlaqələrinin qurulmasında maraqlı olduqlarını bildirib.

Qonaqlar UNEC-də yaradılan hibrid auditoriyaları ilə tanış olub, UNEC şəhidlərinin Memorial Kompleksini ziyarət ediblər.

Xəbər lenti