Logo

Milli Müdafiə Universitetinin kursantları təltif olunublar - FOTOLAR

04.06.2022 15:16 390 baxış
IMG

Bakıda keçirilən “Texnofest Azərbaycan” Aerokosmik və Texnologiya festivalında "Pilotsuz Uçuş Aparatları" müsabiqəsinin "B" kateqoriyası üzrə 3-cü yerə layiq görülən Heydər Əliyev adına Hərbi İnstitutun kursantları Milli Müdafiə Universitetində təltif olunublar.

Tehsil.biz xəbər verir ki, kursantlarla görüşərək onları təbrik edən Milli Müdafiə Universitetinin rektoru vəzifəsini icra edən, professor general-leytenant Heydər Piriyev onlara gələcək xidmətlərində uğurlar arzulayıb, nailiyyətlərini davam etdirmələri istiqamətində öz tövsiyələrini verib və komandanın bütün üzvlərini mükafatlandırıb.

Qeyd edək ki, Milli Müdafiə Universitetinin Heydər Əliyev adına Hərbi İnstitutunun Hərbi Hava Qüvvələri fakültəsinin kursantları Davud Hüseynəliyev, Nihad Əşrəfov, Nicat Məcidov və Ruslan Sultanov 15 kilometr radiusda hərəkət etmək qabiliyyətinə malik, təminat tapşırıqları təyinatlı "Xilaskar" pilotsuz uçuş aparatını hazırlayaraq festival çərçivəsində keçirilən müsabiqəyə təqdim ediblər. Nəticə etibarilə "Pilotsuz Uçuş Aparatları" müsabiqəsinin "B" kateqoriyası üzrə 3-cü yerə layiq görülərək medal, sertifikat, kubok və pul mükafatı ilə təltif ediliblər.

Xəbər lenti