Mayın 29-da Yuxarı Qarabağ kanalında batan şəxsin meyiti tapılıb.
Tehsil.biz xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
Bildirilib ki, kanalın Mingəçevir şəhəri ərazisindən keçən hissəsində batdığı ehtimal olunan 2008-ci il təvəllüdlü Əliyev Ayxan Məhəmməd oğlunun axtarışları başa çatıb.
A.Əliyevin meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən batdığı yerdən təqribən 3 km aralıda tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Qeyd edək ki, hadisə Qarabağ kanalının şəhərin Əli qəbristanlığı yaxınlığından keçən hissəsində baş vermişdi. 18 saylı məktəbin 6-cı sinif şagirdi Əliyev Ayxan Məhəmməd oğlu kanalda çimərkən batmışdı.
Yeniyetmənin nəşi Vaqon şəhərcik adlanan massivə aparan körpünün yaxınlığında sahilə çıxarılıb.