Logo

İnzibati icraçı vəzifələr üzrə test imtahanı vermək üçün 1400-dək namizəd qeydiyyatdan keçib

04.06.2022 19:12 467 baxış
IMG

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən dövlət qulluğu vəzifələrinin B növünə aid olan BA və BB qruplarına uyğun vəzifələr üzrə iyunun 19-da keçiriləcək test imtahanına qeydiyyat davam edir.

DİM-dən bildirilib ki, imtahan vermək üçün qeydiyyat iyunun 8-i saat 23:59-dək aparılacaq. İmtahan Bakı şəhərində keçiriləcək və namizədlər üçün 2000 yer ayrılıb.

Bu gün saat 14:55-dək olan məlumata görə, imtahan vermək üçün 1380 (BA - 361, BB - 1019) namizəd qeydiyyatdan keçib.

Xəbər lenti