Logo

Azərbaycanlı gənc müəllimlər üçün Yaponiyada təlim proqramına sənəd qəbulu aparılır

11.01.2021 13:54 668 baxış
IMG

Ümumtəhsil məktəblərinin müəllimləri üçün Yaponiyada “Gənc müəllimlər üçün təlim” (“Kyokensei”) proqramına sənəd qəbulu aparılır.

 

Təhsil Nazirliyindən bildirilib ki, təlim proqramında iştirak etmək istəyənlər yanvarın 29-dək müraciət edə bilərlər.

 

Qeyd edək ki, “Kyokensei” Azərbaycanın ümumi təhsil müəssisələrində çalışan gənc müəllimlər üçün nəzərdə tutulub və onlara Yaponiyanın müəllimlərin yetişdirilməsi institutlarının təlimlərində iştirak etmək şansı verən magistratura səviyyəsi üzrə proqramdır.

Xəbər lenti