Logo

AzTU-nun əməkdaşları LMQS layihəsi çərçivəsində keçirilən növbəti təlimlərdə iştirak edib - FOTO

05.06.2022 11:41 299 baxış
IMG

Azərbaycan Texniki Univeristetinin (AzTU) tərəfdaşı olduğu Erasmus+ KA2 proqramı çərçivəsində yerinə yetirilən “Rusiya Federasiyası, Qazaxıstan və Azərbaycanda səhiyyədə strateji keyfiyyət menecmenti, risklərin idarə olunması üzrə açıq və distant təhsil formatında peşə bakalavrı, peşə magistr hazırlığı” (LMQS) layihəsi üzrə növbəti təlimlər keçirilib.

Tehsil.biz xəbər verir ki, AzTU-nun Xarici əlaqələr şöbəsinin müdiri Orxan Vətənxah və İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı Fərqanə Musayevanın  iştirak etdiyi təlimlər 23-27 may 2022-ci il tarixlərində Yunanıstanın Afina şəhərində layihənin koordinatoru olan Qərbi Attika Universitetində təşkil olunub.

Təlimlərdə Qərbi Attika Universitetin professorları “Səhiyyədə keyfiyyətin və risklərin idarə olunması” ixtisaslaşması üzrə yeni magistr proqramının ixtisas fənlərinin məzmunu haqqında məlumat verib, səhiyyədə idarəetmə sahəsində müasir çağırışlara cavab verən tədrisin təşkili üzrə müzakirələr aparılıb.

Təlim və müzakirələrdə AzTU ilə yanaşı, layihənin yerli tərəfdaşlarından Naxçıvan Dövlət Universitetinin və Qazaxıstan universitetlərinin nümayəndələri də iştirak edib.

Xəbər lenti