Logo

22 yaşlı gənc bədənində 10 fərqli şəxsiyyətlə “yaşayır” - FOTO

05.06.2022 17:40 380 baxış
IMG

22 yaşlı alman Leonard Stokl uşaqlıqda aldığı ciddi emosional travmaya görə nadir xəstəlikdən - dissosiativ şəxsiyyət pozğunluğundan əziyyət çəkir. Hazırda o, bədənini müxtəlif yaş və cinsdən olan 10 şəxsiyyətlə “paylaşır”.

Bu barədə gəncin özü danışıb.

Onun sözlərinə görə, nadir rastlanan psixi xəstəlik səbəbindən şüuru “parçalanıb”. Bu səbəbdən müxtəlif vaxtlarda o, dörd yaşlı Kovuya, səkkiz yaşlı Hektora, 16 yaşlı Anaya, 17 yaşlı Kosmoya, 18 yaşlı Eşə, 19 yaşlı Cessiyə, 21 yaşlı Leoya, 23 yaşlı Billiyə, 24 yaşlı Livə və 26 yaşlı Redə çevrilir. Leonard bütün dəyişdirilmiş şəxsiyyətlərinə “sistem” deyir və özünü “sistemin” sahibi adlandırır, çünki bədəni ən çox idarə edən şəxsdir.

Yeniyetməlik dövrünə qədər Stokl diaqnozundan xəbərsiz idi və gündəlik işlərin öhdəsindən kifayət qədər asan gəlirdi. Onun vəziyyəti məktəbdə buraxılış imtahanlarına hazırlaşarkən kəskin pisləşib. Sinif yoldaşlarından fərqli olaraq, gənc uzun müddət diqqətini cəmləyə bilməyib, yaddaş itkisindən və şəxsiyyətin “dəyişməsi” ilə müşayiət olunan digər simptomlardan əziyyət çəkməyə başlayıb.

Stokl yeddi il psixoloq müayinəsində olub, lakin diaqnoz yalnız 2022-ci ilin aprel ayının sonunda, altı həftə ixtisaslaşmış klinikada xəstəxanaya yerləşdirildikdən və bir neçə müalicə kursu keçdikdən sonra qoyulub. Leo qeyd edib ki, həkimlər ona baş verənlərin səbəblərini izah etdikdən sonra rahatlanıb. Lakin o, travmanın öhdəsindən gəlmək və həyatını idarə edə bilmək üçün qarşıda çox işləri olduğunu anlayır.

Hazırda davamlı dissosiativ şəxsiyyət pozğunluğu səbəbindən Stokl tam ştatlı bir iş tapa bilmir. O, öz kiçik onlayn mağazasında əl istehsalı çanta və əlfəcinləri satmaq məcburiyyətindədir. Gənc sevgilisinin olduğunu, lakin çox dəyişkən şəxsiyyətləri səbəbindən vaxtaşırı partnyoru ilə problemləri olduğunu etiraf edir.

Mənbə: La Republica (oxu.az)

Xəbər lenti