Logo

Karantini pozaraq ad günü keçirən direktorun yerinə təyinat olub

11.01.2021 14:14 372 baxış
IMG

Karantin qaydalarını pozaraq özünə ad günü keçirdiyi üçün vəzifəsindən azad edilən direktorun vəzifəsi başqa şəxsə həvalə olunub.

 

Tehsil.biz-in məlumatına görə, bu barədə Təhsil naziri Emin Əmrullayev müvafiq əmr imzalayıb.

 

Onun əmrinə əsasən, Bakı Şəhər Təhsil İdarəsinin (BŞTİ) əməkdaşı Tural Həşimov Bakı şəhəri 187 nömrəli tam orta məktəbə direktor əvəzi təyin edib.

 

Xatırladaq ki, N.Məmmədova ölkə üzrə tətbiq olunan xüsusi karantin rejiminin tələblərini pozması səbəbi ilə intizam məsuliyyətinə cəlb edilib, ona təhsil nazirinin əmri ilə sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib.

Xəbər lenti