Logo

AƏSMA-nın tələbəsi “Gənc Alim və Tədqiqatçıların” müsabiqəsinin qalibi olub - FOTO

05.06.2022 20:27 477 baxış
IMG

Azərbaycan Əəmək və Sosial Münasibətlər Akademiyasının tələbəsi Elmin İnkişafı Fondu tərəfindən “Gənc Alim və Tədqiqatçıların” 6-cı qrant müsabiqəsinin qalibi olub.

Tehsil.biz xəbər verir ki, müsabiqə gənc alim və tədqiqatçıların elmi fəaliyyətinin stimullaşdırılması və onlara elmi tədqiqatlar aparmaq üçün əlverişli imkanların yaradılması, gənc kadr potensialının gücləndirilməsi üçün proqramların işlənib hazırlanması, onların elmi və peşəkarlıq səviyyələrinin yüksəldilməsi, innovasiya fəaliyyətinin dəstəklənməsi, regional və beynəlxalq səviyyəli proqram və layihələrdə iştirak etməyə cəlb edilməsi məqsədi ilə elan edilib.

Müsabiqəyə 32 layihə daxil olub. Elmi ekspertiza işinə Elmin İnkişafı Fondunun daimi ekspertləri və müstəqil elmi ekspertlər cəlb olunublar.

Himayədarlar Şurasının qərarına əsasən Gənc Alim və Tədqiqatçıların 6-cı qrant müsabiqəsində 13 fundamental-tətbiqi xarakterli qalib layihə müəyyənləşdirilib.

Xəbər lenti