“Sosial şəbəkədə və mediada müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsinin keçiriləcəyi tarixlər yayılıb".
Bu barədə "Tehsil.biz"ə Təhsil İnstitutunun İnsan Resursları Mərkəzindən məlumat verilib.
Bildirilib ki, təqdim olunan imtahan qrafikləri 2019-cu ildə keçirilən müsabiqəyə aiddir və həqiqəti əks etdirmir:
"Bu il üzrə keçiriləcək müsabiqənin imtahan tarixləri imtahandan ən azı bir həftə əvvəl namizədlərin şəxsi səhifələrinə göndəriləcək. Daha dolğun və doğru məlumatlar əldə etmək üçün vətəndaşlara Təshil Nazirliyinin və İnsan Resurlsarı Mərkəzinin rəsmi sosial media hesablarını izləmək tövsiyə olunur”, - mərkəzdən bildirilib.