Logo

Nazir müavini: "Peşə təhsili ilə bağlı vəziyyət qənaətbəxş deyil"

06.06.2022 12:37 479 baxış
IMG

"Peşə təhsili ilə bağlı vəziyyət qənaətbəxş deyil”.

APA xəbər verir ki, bunu təhsil nazirinin müavini İdris İsayev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deyib.

Nazir müavini bildirib ki, Sovet dövründə də peşə təhsil sistemində göstərici yüksək olub:

“Ümumtəhsil müəssisələrindən şagirdlərin təxminən 60 %-i peşə təhsil müəsisələrində təhsil alıb. Amma hazırda cəmi 66 peşə təhsil müəssisəmiz var. Bunların da heç də hamısı təyinatı üzrə fəaliyyət göstərmir. Bunun da səbəbləri var. Bu müəssisələrin bəzilərində məcburi köçkünlər və qaçqınlar məskunlaşıb. Amma buna baxmayaraq, biz yeni peşə təhsil müəssislərinin tikintisini həyata keçiririk”.

Xəbər lenti