Logo

BDU-nun rektoru BMT-nin altkomitəsinin Vyanada keçirilən sessiyasında iştirak edib

06.06.2022 13:05 298 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev BMT-nin Kosmosdan Dinc Məqsədlərlə İstifadə üzrə Komitəsinin Elm və Texnika Altkomitəsinin (The Scientific and Technical Subcommittee of the United Nations Committee on the Peaceful Uses of Outer Space (COPUOS)) Avstriyanın paytaxtı Vyana şəhərində keçirilmiş 65-ci sessiyasında iştirak edib.

Tehsil.biz xəbər verir ki, rektor Elçin Babayev həmçinin Beynəlxalq Kosmik Hava Təşəbbüsü (International Space Weather Initiative (ISWI)) üzrə proqramın işçi iclasında da iştirak edib. BMT-nin Kosmos Məsələləri üzrə Ofisi (UNOOSA) tərəfindən Bakı Dövlət Universitetində 2022-ci il 31 oktyabr – 4 noyabr tarixlərində  “Workshop on the International Space Weather Initiative: The Sun, Space Weather and Geosphere” adlı birgə beynəlxalq tədbirin keçirilməsi razılaşdırılıb və təşkilati məsələlər müzakirə olunub.

Onlarla xarici ölkədən alim və mütəxəssislərin iştirak edəcəyi tədbirin məqsədlərindən biri də elmi tədqiqatlarla yanaşı, inkişaf etməkdə olan ölkələrdə uyğun sahədə elmi-tədqiqat cihaz və alətlərinin yerləşdirilməsi məsələlərinin müzakirəsi və kadr hazırlığı üzrə birgə beynəlxalq səylərin davam etdirilməsidir.

Xəbər lenti