Logo

Küçədən yığdığı kitabları toplayıb dükan açdı-FOTO

11.01.2021 15:22 1308 baxış
IMG

Türkiyənin İzmir şəhərində yaşayan 74 yaşlı Doğan Karabil 46 il qapıcı vəzifəsində çalışıb.

 

Tehsil.biz xəbər verir ki, qapıcısı olduğu binada yaşayan sakinlərin atdığı kitabları və küçədən topladığı kitabları 46 il ərzində bir yerə yığan Doğan Karabilin hazırda 100 min kitabı var. Kitabları saxladığı məkanı kitab mağazasına çevirən Doğan Karabilin xeyirxah işini hazırda qızları davam etdirir.

 

Pandemiya müddətində "Yetər ki, oxu-çay bizdən" devizi ilə kompaniya başladan D.Karabilin qızları dükanlarına gənclərin çox gəldiyini söyləyib. Dükana gələn gənclər həm kitab oxuyur, həm də ikinci əl kitabları satın alırlar.

 

"100 min kitabın yeri boş qalmır. Bir yandan satılır, oxunur bir yandan isə yeni kitablar əldə edirik" deyə 74 yaşlı kitabsevərin qızları belə deyiblər.

 

Xəbər lenti