2021/2022-ci tədris ilinin yaz semestrinin imtahan sessiyasının başlanması ilə əlaqədar olaraq Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramovun iştirakı ilə “Açıq qapı” günləri keçirilir.
Tehsil.biz xəbər verir ki, imtahan sessiyası dövründə tələbə və magistrantların, həmçinin onların valideynlərinin yarana biləcək suallarının operativ cavablandırılması məqsədi daşıyan “Açıq qapı” günləri hər həftənin çərşənbə günü saat 15:00-da hibrid formada təşkil olunur.
Hibrid formada olan görüşlərdə MDU-nun tələbələri, magistrantlar və onların valideynləri iştirak edə bilərlər.
Növbəti “Açıq qapı” günü 2022-ci ilin 8 iyun tarixində keçiriləcəkdir.
Görüşə qatılmaq istəyənlər [email protected] elektron poçt ünvanına müraciət edə bilərlər.