Logo

Basketbolun 3x3 növü üzrə millimiz Avropa çempionatının əsas mərhələsinə vəsiqə qazanıb

06.06.2022 15:09 349 baxış
IMG

3x3 basketbol üzrə kişilərdən ibarət milli komandamız Kiprin Limassol şəhərində keçirilən Avropa çempionatının seçmə mərhələsində yarım final oyununu keçirib.

Tehsil.biz xəbər verir ki, Lüksemburq basketbolçuları ilə qarşılaşan yığma komandamız oyundan 15-13 hesabı ilə qalib ayrılaraq adını turnirin finalına yazdırıb. Finalda millimiz İrlandiya komandası ilə qarşılaşıb və meydançadan 20-16 hesabı ilə qalib ayrılıb. Bu nəticələrdən sonra yığma komandamız 9-11 sentyabr tarixlərində Avstriyanın Qratz şəhərində baş tutacaq Avropa çempionatının final mərhələsinə vəsiqə qazanıb.

Qeyd edək ki, millimiz basketbolun 3x3 növü üzrə 2014-cü ildən sonra ikinci dəfə olaraq Avropa çempionatının əsas mərhələsinə yüksəlib.

Xəbər lenti