Mingəçevir Dövlət Universitetinin (MDU) təşkilatçılığı ilə reallaşdırılan “Peşəkarla görüş” layihəsinin növbəti tədbiri keçiriləcək.
Tehsil.biz xəbər verir ki, görüşün qonağı Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının vitse-prezidenti Vüqar Zeynalov olacaq.
“Sahibkarlıq universiteti modeli: təhsil-elm-biznes üçbucağı" mövzusunda baş tutacaq görüş MDU-nun əsas tədris binasının akt zalında keçiriləcək..
2022-ci ilin 8 iyun tarixində saat 12:00-da keçiriləcək görüşdə iştirak etmək istəyənlər [email protected] elektron poçt ünvanına müraciət göndərə bilərlər.
Qeyd edək ki, “Peşəkarla görüş” layihəsinin əsas məqsədi MDU kollektivinin müxtəlif aktual mövzular barədə peşəkarların bilik və bacarıqlarından faydalanması üçün imkanların yaradılmasından ibarətdir. Davamlı olaraq keçirilən görüşlərdə MDU-nun tələbələri, magistrantları, məzunları və gənc əməkdaşları iştirak edirlər. Layihə çərçivəsində indiyədək BP şirkətinin vitse-prezidenti Bəxtiyar Aslanbəyli, Mili Məclisin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev, Azərbaycan Pedaqoji Universitetinin rektoru Cəfər Cəfərov, Vətən Müharibəsi Qəhrəmanı mayor Elnur Şirinov, İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiyası Mərkəzinin icraçı direktoru Tamerlan Tağıyev və millət vəkiləri Ceyhun Məmmədov və Vüqar Bayramov ilə görüşlər təşkil olunub.