İyunun 10-da “Gündəm təhsildir” onlayn müzakirə proqramının “Uğurlu məktəb modeli necə olmalıdır?” mövzusunda növbəti buraxılışı yayımlanacaq.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) "Tehsil.biz"ə ildirilib ki, proqramın budəfəki qonağı BŞTİ-nin müdiri Mehriban Vəliyevadır.
Proqramda, həmçinin cari tədris ilinin yekunlarına dair məsələlər müzakirə olunacaq.
Qeyd edək ki, onlayn müzakirə proqramı BŞTİ-nin rəsmi feysbuk səhifəsi üzərindən canlı yayımlanacaq.