Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şamaxı filialında buraxılış ili tələbələrinin məzun günü tədbiri keçirilib.
Tehsil.biz xəbər verir ki, tədbirdə filalın rəhbərliyi, professor-müəllim heyəti, tələbələr, məzunlar və valideynlər iştirak edib.
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və torpaqlarımızın azadlığı uğurunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə məzun günü açıq elan olunub.
Tədbiri giriş sözü ilə açan filialın direktoru dosent Tünzalə Yusifova məzun olan bütün tələbələri təbrik edib və onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Daha sonra təhsil aldıqları müddətdə universitetin ictimai həyatında fəallıq göstərən məzunlara təşəkkürnamə təqdim olunub. Müəllim və tələbələrin təbrik və ürək sözlərindən sonra məzun günü tədbiri bədii hissə ilə davam edib.
Qeyd edək ki, filialdakı məzun günü tədbiri təbiət qoynunda müəllim heyətinin və məzunların iştirakı ilə davam edib.