Logo

Elektron qəbul yalnız dövlət bağçalarına aiddir - RƏSMİ

07.06.2022 17:00 478 baxış
IMG

Elektron qəbul vasitəsilə qeydiyyat prosesi yalnız dövlət məktəbəqədər təhsil müəssisələrinə aiddir.

Tehsil.biz xəbər verir ki, bunu Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarəolunması şöbəsinin müdiri Elnur Əliyev “Təhsil masası”nda bildirib.

Onun sözlərinə görə, özəl məktəbəqədər təhsil müəssisəsinə qəbul onların öz qaydalarına müvafiq aparılır.

Şöbə müdiri qeyd edib ki, məktəbəqədər təhsil müəssisələrinə tərbiyəçi qəbulu da müəllimlərin işə qəbulu sistemi ilə aparılacaq:

"Mövcud qanunvericiliyə görə ali təhsilli ibtidai sinif müəllimi də bağçada işləyə bilər. Məktəbəqədər təhsil müəssisələrinə qeydiyyat zamanı valideyn yalnız bir bağça seçə bilər. Eyni zamanda tərbiyəçinin seçilməsi də sistem tərəfindən həyata keçirilir".

Xəbər lenti