Logo

Uşaqların bağça yaşının əvvələ alınması ilə bağlı məsələyə aydınlıq gətirilib

07.06.2022 17:10 439 baxış
IMG

“Hazırda bağçalarda mətkbəqəhazırlıq qrupları bütün uşaqların məktəbəhazırlıq keçməsinə imkan vermir”.

Tehsil.biz xəbər verir ki, bunu Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarəolunması şöbəsinin müdiri Elnur Əliyev “Təhsil masası”nda bildirib.

O, Təhsil Nazirliyinin 5 yaşı olan bütün uşaqların məktəbəhazırlıq keçməsini istədiyini deyib:

“Bağçalarda da, məktəblərdə məktəbəhazırlıq qrupları var”.

Şöbə müdiri uşaqların bağça yaşının əvvələ alınması ilə bağlı məsələyə aydınlıq gətirilib.

O qeyd edib ki, Məktəbəqədər təhsil haqqında qanun var:

“Orada qəbul qaydaları Nazirlər Kabineti tərəfindən qəbul olunub, yaş qrupları haqda məlumat var. Qaydalarda həm körpələr evi uşaq bağçasına, həm də uşaq bağçalarına hansı yaşda uşaqların qəbul edildiyi qeyd edilib. Orada bağça yaşının əvvələ alınması ilə bağlı hər hansı məlumat yoxdur”.

Xəbər lenti