Logo

İcma əsaslı məktəbəqədər təhsil qruplarına uşaqların qəbulu elektron qaydada aparılmayacaq

07.06.2022 17:17 458 baxış
IMG

"İcma əsaslı məktəbəqədər təhsil qruplarına uşaqların qəbulu elektron qaydada aparılmayacaq".

Tehsil.biz xəbər verir ki, bunu Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarəolunması şöbəsinin müdiri Elnur Əliyev “Təhsil masası”nda bildirib.

O qeyd edib ki, icma əsaslı məktəbəqədər təhsil qrupları əsasən ucqar kəndləri əhatə etdiyi üçün qəbulun elektron aparılması planlaşdırılmır.

Xatırladaq ki, 2018-ci ildə cəmi 50 qrup ilə fəaliyyətə başlayan layihə çərçivəsində 2019-cu ildə qrupların sayı 321-ə, 2020-ci ildə isə 500-ə çatıb. 2021-ci ildə daha 350 yeni qrupun yaradılması ilə hazırda layihədə 850 qrup və bu qruplar üzrə 761 tərbiyəçi-müəllim fəaliyyət göstərir. 4 il ərzində layihədə iştirak edən 3-4 yaşlı uşaqların sayı 15 dəfə artıb. Layihə 2021-2022-ci tədris ilində ümumilikdə 16 min uşağın məktəbəqədər təhsil almasına imkan yaradır.

Xəbər lenti