Böyük Britaniyada səfərdə olan Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ASAPES) "İdman menecmenti" magistr proqramının tələbələri Böyük Britaniya Olimpiya Assosiasiyasında olublar.
Tehsil.biz xəbər verir ki, burada Assosiasiyanın Hüquq və Olimpiya Əlaqələri direktoru Şahab Uddinlə görüşən magistrantlara Olimpiadalara hazırlıq, təşkilati məsələlər, maliyyə və sponsorluqla bağlı geniş məlumat verilib. Tələbələr səfər çərçivəsində "Tottenhem Hotspur" stadionuna da baş çəkiblər
Onlar infrastrukturla (meydança, geyinib-soyunma otaqları, mətbuat konfransı üçün nəzərdə tutulan zal və s.) yaxından tanış olmaq imkanı qazanıblar.