Logo

Regionlarda vətəndaşların qəbulu davam etdirilir

08.06.2022 11:53 410 baxış
IMG

İyunun 1-dən Regional Təhsil idarələrinin (RTİ) müdirləri tərəfindən vətəndaşların qəbulu prosesinə başlanılıb.

Tehsil.biz xəbər verir ki, vətəndaşlar Təhsil Nazirliyinin Çağrı Mərkəzinin 146-6 nömrəli telefonuna (yalnız iş günləri və saatları ərzində) zəng, elektron (https://edu.gov.az/az/contact_us) və rəsmi “Whatsapp” xidmətinə (0512067848) və birbaşa RTİ-yə telefon və ya e-mail vasitəsilə müraciət etməklə qəbula yazıla bilərlər.

Qeyd edək ki, Regional Təhsil idarələrində vətəndaşların qəbulu müntəzəm olaraq həyata keçiriləcək. Vətəndaşlar Regional Təhsil idarələrinə yaxınlaşmaqla müraciətlərini müvafiq struktur bölmə rəhbərlərinə çatdıra bilərlər.

RTİ müdirlərinin qəbul cədvəli ilə bu keçiddən tanış ola bilərsiniz: https://edu.gov.az/az/graphic/page

Xəbər lenti