2021-2022-ci tədris ilində paytaxtdakı ümumi təhsil müəssisələrində “Sağlam təhsil-sağlam millət” layihəsinin davamlılığı təmin edilib.
Bu barədə "Tehsil.biz"ə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.
Qeyd olunub ki, layihə çərçivəsində paytaxtdakı 38 ümumi təhsil müəssisəsində 194 “Sağlam təhsil” sinfi fəaliyyət göstərib. Həmçinin paytaxtdakı 5 məktəbdə 13 “Sağlam təhsil” məktəbəhazırlıq qrupu təşkil olunub.