Logo

Texnologiya Universitetində Tələbə Elmi Cəmiyyətinin illik hesabat görüşü keçirilib

08.06.2022 13:56 451 baxış
IMG

Azərbaycan Texnologiya Universitetində rektorun elm və xarici əlaqələr üzrə müşavir Mayıs Gülalıyevin iştirakı ilə  Tələbə Elmi Cəmiyyətinin illik hesabat  görüşü keçirilib.

Tehsil.biz xəbər verir ki, görüşdə fakültə TEC sədrləri iştirak edib. Yüngül sənaye mühəndisliyi və logistika fakültəsinin TEC sədri Aqşin Hüseynov, İqatisadiyyat və idarəetmə fakültəsinin TEC sədri Zeynəb Qocayeva, Qida mühəndisliyi fakültəsinin TEC sədri Sevda Qurbanova , Avtomatika telekomunikasiya və informatika fakültəsinin TEC sədri Arzu Əsgərov il ərzində fakültədə təşkil olunan tələbə elmi seminarları barədə məruzə edib, keçirilən elmi tədbirlər haqqında hesabatla çıxış ediblər.

Universitet TEC sədri Aysel Məmmədli isə yekun hesabatla çıxış edib, növbəti tədris ili üçün nəzərdə tutulan planlar barədə məlumat verib.

Mayıs Gülalıyev növbəti tədris ili üçün iş planları, təkliflər planı üzərində işləməyi, TEC fəaliyyətini daha da inkişaf etdirməyi tövsiyə edib.

Xəbər lenti