Logo

BŞTİ: 211 layihə qeydiyyatdan keçib

08.06.2022 14:33 458 baxış
IMG

Təhsildə inkişaf və innovasiyalar üzrə VI qrant müsabiqəsi çərçivəsində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki təhsil müəssisələri üzrə 211 layihə qeydiyyatdan keçib. 

BŞTİ-dən "Tehsil.biz"ə verilən məlumata görə, onlardan 147-si fərdi, 64-ü isə ümumi təhsil kateqoriyası üzrə müəyyən olunub.

Layihənin təşkilində məqsəd təhsil müəssisələri və təhsilverənlər arasında sağlam rəqabətin və innovativ fəaliyyətin stimullaşdırılmasından ibarətdir.

Xəbər lenti