Bakı Dövlət Universitetində (BDU) bu gündən etibarən payız semestrinin onlayn imtahan sessiyası başlayıb.
Yanvarın 11-də bakalavriat pilləsində təhsil alan 331 qrup üzrə 6692 tələbə (130 nəfəri SABAH qrupları olmaqla) imtahanlarda iştirak edib. Magistratura pilləsində isə 15 ixtisaslaşmada 148 magistrant imtahan verib. BDU-nun Qazax flialında isə 345 tələbə imtahanlarda iştirak edib.
İmtahanların gedişini prorektorlar, dekanlar, kafedra müdirləri və Tələbə Nəzarət Qrupunun üzvləri də izləyiblər.
Bütün tələbələr imtahanları müvəffəqiyyətlə veriblər.
İmtahanların şəffaf və mövcud qaydalara uyğun təşkil olunması məqsədilə bütün texniki tədbirlər yüksək səviyyədə həyata keçirilib.