Logo

Bu il də II qrupun birincisi Bakı Ali Neft Məktəbini seçdi

09.06.2022 11:14 412 baxış
IMG

II ixtisas qrupu üzrə hər iki mərhələdə ən yüksək bal toplayan abituriyent məlum olub. O, Akademik Zərifə Əliyeva adına liseyin məzunu Aydan Eyvazovadır. 

"Tehsil.biz"in məlumatına görə, Aydan Eyvazova imtahanın 1-ci mərhələsində 295 bal, 2-ci mərhələsində 383.4 bal toplayıb. Bununla da II qrup üzrə ən yüksək nəticə 678.4 balla Aydan Eyvazovaya məxsusdur.

II qrupun lideri bildirib ki, ən böyük arzularından biri Bakı Ali Neft Məktəbində təhsil almaqdır: “Bakı Ali Neft Məktəbi çox nüfuzlu ali təhsil ocağıdır. Burada təhsil alan tələbələr bilik səviyyələrinə görə fərqlənirlər. Ona görə də bu Ali Məktəbdə təhsil almaq qərarına gəldim. Həmişə BANM-in saytını və sosial şəbəkələrdə olan səhifələrini izləyirəm. Lakin təəssüflənirdim ki, burada II qrup üzrə ixtisaslar yoxdur. Lakin ötən il II qrup üzrə Biznesin idarə ediləməsi ixtisası açıldı, çox sevindim və qarşıma məqsəd qoydum ki, bu universitetdə oxuyacam. Ötən il bu ixtisasa qəbul olan bir neçə tələbəni tanıyırdım”. 

Xatırladaq ki, ötən il də II ixtisas qrupu üzrə ən yüksək nəticə göstərən  Əflan Bədəlov və I ixtisas qrupu üzrə ən yüksək nəticəni əldə edən Əbil Şəfiyev Bakı Ali Neft Məktəbinin tələbələridir.   

Bakı Ali Neft Məktəbi yaranan gündən ən yüksək bal toplayan gənclər məhz bu Ali Məktəbdə təhsil almaq istəyirlər. Bu isə BANM ailəsi üçün qürurvericidir.

Xəbər lenti