Səhiyyə Nazirliyinin Nizami rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini İradə Şixzamanova dünyasını dəyişib.
"Tehsil.biz"in məlumatına görə, direktor müavini uzun sürən xəstəlikdən sonra ötən gün evində 65 yaşında vəfat edib.
Qeyd edək ki, İradə Şixzamanova 2017-ci ildə Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə Azərbaycan səhiyyəsinin inkişafında xidmətlərinə görə Əməkdar həkim fəxri adına layiq görülüb.