Son 30 ilin əsas yekunu torpaqlarımızın işğaldan azad olunmasıdır. Azərbaycan 44 gün ərzində tarixi Qələbə qazanaraq öz torpaqlarını azad etdi, düşmənə sarsıdıcı zərbələr endirdi, Ermənistanı məğlub etdi. Ermənistanın 30 il davam edən işğalçılıq siyasətinə son qoyuldu və tarixi ədalət bərpa edildi.
Bu gün müstəqil Azərbaycan dövləti özünün ən şanlı dövrünü yaşayır. Azərbaycan tarixdə heç vaxt bu qədər güclü olmamışdır. Azərbaycanın dövlətinin gücü yürüdülən siyasət, iqtisadi uğurlar, xalq-iqtidar birliyi, hərbi qüdrəti, regionda oynadığı müsbət roldan qaynaqlanır. Cənab prezidentin vurğuladığı kimi, “Bu Qələbə tarixdə əbədi qalacaq. Bu Qələbə bütün dünyaya sübut etdi ki, Azərbaycan dövlətinin sözü ilə əməli arasında heç bir fərq yoxdur.
Bütün təzyiqlərə, təhdidlərə baxmayaraq, dünyada kifayət qədər güclü erməni lobbisi olmasına, bir çox aparıcı dövlətlərin Ermənistanı dəstəkləməsinə baxmayaraq Azərbaycan dövləti öz vədini yerinə yetirdi. Cənab Prezidentin qeyd etdiyi kimi, “Bizim gücümüz, iradəmiz qarşısında Ermənistana verilən dəstək sıfıra bərabər oldu.Azərbaycan ordusu Ermənistan öz alçaldıcı məğlubiyyətini etiraf edib, diz çökdükdən, ağ bayraq qaldırdıqdan sonra dayanıb.”
... Biz tarixi ədaləti bərpa etdik. Biz bütün dünyaya gücümüzü göstərdik.Azərbaycan müharibə aparılmasını tənzimləyən konvensiyalara, beynəlxalq humanitar hüquqa əməl edərək Ermənistan ərazisinə girmədi, dünyaya ədalətli, əxlaqlı orduya malik olduğunu göstərdi.
Azərbaycan koronavirusla mübarizədən də şərəflə çıxır. Dünyanı cənginə alan koronavirus dönəmində, Azərbyacan bu bəladan qorunmaq üçün bir sıra qabaqlayıcı tədbirlər görüldü.
• Operativ tədbirlər nəticəsində yeni xəstəxanalar tikilib;
• Laboratoriyalar alınıb;
• Həkimlər səfərbər olunub, koronavirus xəstələrinə qulluq edən həkimlərin maaşları artırıldı, onlar əməkhaqqılarının 3-5 misli həcmində maaş alırlar;
• Bir neçə milyard manat dəyərində sosial paket koronavirusdan əziyyət çəkən insanlara, o cümlədən qeyri-formal çalışan və işsiz vətəndaşlara yardım kimi göstərildi;
• Bu ay ərzində Azərbaycana peyvənd gətiriləcək, bütün kontraktlar imzalanıb;
• İnsanlar kütləvi qaydada bu peyvənddən istifadə edəcək və canımız bu xəstəlikdən qurtaracaq.
Son olaraq Ölkə rəhbəri, Ali Baş Komandanın haqq olaraq vurğuladığı kimi “Vahid Azərbaycan dövləti bundan sonra uğurla, inamla inkişaf edəcəkdir.”
Bakı Dövlət Universiteti Tarix fakültəsi II kurs tələbəsi İsmayıl Məmmədli