Logo

Universitetlərdə ənənəvi təhsilin bərpa edilməsi ilə bağlı RƏSMİ AÇIQLAMA

12.01.2021 13:47 1494 baxış
IMG

Son günlər koronavirusa yoluxanların sayı kəskin azalıb. Artıq Azərbaycanda yoluxanların sayı 100-ə düşüb. Belə ki, dünən koronavirus infeksiyasına 176 yeni yoluxma faktı qeydə alınıb, 841 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Son sutkada 17 nəfər COVID-19-dan vəfat edib. Bu gün səsləndirilən fikirlərdən biri də fevralda universitetlərdə ənənəvi təhsilin bərpasıdır. Fevral ayından Azərbaycanda universitetlərdə ənənəvi təhsil bərpa edilə bilərmi?

 

Bununla bağlı Təhsil Nazirliyinin İnformasiya şöbəsinin müdiri Cəsarət Valehov bildirib ki, hələ birinci semestr bitməyib:

 

"Gün ərzində ənənəvi təhsillə bağlı yüzlərlə xəbər çıxır. Bununla bağlı qərar Operativ Qərargah verir. Ona görə də bir söz deyə bilməyəcəm. Əgər bununla bağlı rəsmi qərar çıxarsa, Operativ Qərargah məlumat yayacaq".

Xəbər lenti