Logo

TKTA ilə Mingəçevir Dövlət Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb

09.06.2022 17:25 265 baxış
IMG

Təhsildə Keyfiyyət Təminatı Agentliyi ilə Mingəçevir Dövlət Universiteti arasında təlim xidmətinin göstərilməsinə dair əməkdaşlıq müqaviləsi imzalanıb. 

Tehsil.biz xəbər verir ki, müqaviləyə əsasən TKTA-nın peşəkar eksperti tərəfindən Mingəçevir Dövlət Universitetinin əməkdaşlarına sillabusların hazırlanması, təlim nəticələrinin formalaşdırılması və qiymətləndirilməsinə dair təlimin keçirilməsi nəzərdə tutulur.

Təlimin əsas məqsədi Mingəevir Dövlət Universitetinin akademik heyətinə sillabusların hazırlanması və təlim nəticələrinin müvafiq standartlara uyğun olaraq yazılmasına dair geniş məlumat vermək və daxili keyfiyyət təminatına dəstək verməkdən ibarətdir.

Qeyd edək ki, təhsil müəssisələrinin akkreditasiyasının həyata keçirilməsi üçün tövsiyələr hazırlamaq və təlimlər təşkil etmək TKTA-nın fəaliyyət istiqamətlərindən biridir.

Təhsildə Keyfiyyət Təminatı Agentliyi digər Ali və Orta İxtisas Təhsili Müəssisələrini də müvafiq istiqamətlər üzrə təlim xidmətlərinin göstərilməsinə dair əməkdaşlığa dəvət edir.

Xəbər lenti