Logo

İdman Akademiyasının magistrantları “Emirates” stadionunda - FOTOLAR

09.06.2022 17:54 271 baxış
IMG

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ASAPES) “İdman Menecmenti” magistr proqramının tələbələrinin Böyük Britaniyaya səfəri başa çatmaq üzrədir.

Tehsil.biz xəbər verir ki, magistranlar həftə ərzində “Kraliça Elizabet Olimpiya Parkı” adlandırılan və 2012-ci il London Yay Olimpiya Oyunlarının trek velosipedi üzrə yarışlarının keçirildiyi məkanda olublar. Ərazi ilə tanışlıqdan sonra tələbələrimiz Su idman mərkəzi və yüngül atletika yarışlarının keçirildiyi London Olimpiya Stadionuna baş çəkiblər.

Bundan başqa, səfərə yollanan heyət üzvləri "Arsenal" Futbol Klubunun ev oyunlarını keçirdiyi "Emirates" stadionunun infrastrukturu ilə də tanış olmaq imkanı əldə ediblər.

Xəbər lenti