Logo

Sertifikatlaşdırmaya dair media nümayəndələri ilə görüş keçirilib

09.06.2022 19:33 408 baxış
IMG

İyunun 9-da təhsilverənlərin sertifikatlaşdırılması prosesinə dair media nümayəndələri ilə məlumatverici görüş keçirilib.

Tehsil.biz xəbər verir ki, görüşdə Təhsil İnstitutunun İnsan Resursları Mərkəzinin direktoru Nurlan İsmayılbəyli təhsilverənlərin sertifikatlaşdırılması prosesinin keçirilməsi barədə danışıb. Nurlan İsmayılbəyli bildirib ki, prosesin test imtahanı mərhələsinə avqust ayının sonlarında başlanılacaq. İlkin olaraq 10 mindən çox müəllimin prosesə cəlbi nəzərdə tutulub. 

Daha sonra media nümayəndələrinin suallarını cavablandıran Təhsil İnstitutunun direktoru Rüfət Əzizov sertifikatlaşdırma prosesinin məzmunu barədə məlumat verib. 

Görüşdə iştirak edən ibtidai sinif müəllimləri də proseslə bağlı fikirlərini bölüşüblər. 

Görüş qarşılıqlı fikir mübadiləsi şəkilində davam etdirilib.

Xəbər lenti